2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


QIZIL VƏ GÜMÜŞ QABLARDAN İSTİFADƏ ETMƏK



Yüklə 4,25 Mb.
səhifə229/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   225   226   227   228   229   230   231   232   ...   397
QIZIL VƏ GÜMÜŞ QABLARDAN İSTİFADƏ ETMƏK

«(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır». (əz-Zuxruf 71). «(Onlara belə deyiləcəkdir) Keçmiş günlərdə etdiyiniz yaxşı əməllər müqabilində yeyin için». (əl-Haqqa 24). «Onlar üçün (Cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behişdə çay axan) şərab dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən şərab. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran, baş ağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar». (əs-Saffət 46-47). «Onlara gözəl ətirli, təmiz, möhürlü (qablarda) şərab içirdiləcəkdir. Onun (şərab olan qabın) möhürü müşkdür». (əl-Mutaffifin 25,26). «(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar». (İnsan 15). Xuzeyfə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qızıl və gümüş qablardan yeməkdə və içməkdə istifadə etməyin. Çünki onlar bu dünyanı istəyənlər üçündür. Sizin üçün isə axirətdə»860. Ummu sələmə – radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qızıl və gümüş qabdan yeyib içənin qarnında Cəhənnəm odunun səsi gələcəkdir»861. Ənəs b. Sirin deyir ki, Ənəs b. Məlik – radıyallahu anhu – ilə bərabər bir qrup məcusinin yanında idik. Gümüşdən bir qabın içində yemək gətirildi. Ənəs – radıyallahu anhu – ondan yemədi. Məcusiyə: «Qabı dəyişdirin» deyildi. Taxtadan düzəldilmiş bir qabda yemək gətrildi. Ondan yedi»862.
YALAN ŞAHİDLİK


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin