2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə267/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   263   264   265   266   267   268   269   270   ...   397
İcazə Verilən Qeybət - 1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məzlumun dövlət başçısına, qazıya və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: «Filankəs mənə zülm etdi» deməsi icazəlidir.

2. Günahı aradan qaldırmaq və üsyankarı yola gətirmək üçün yardım diləmək. Münkəri aradan qaldırmaq gücünə mailk olan bir kimsəyə: «Filankəs filan günahı edir. Ona nəsihət et və ya onu bu əməldən çəkindir» deyilə bilir. Heç şübhəsiz ki, bunu da dedikdə münkəri aradan qaldırmaq olmalıdır məqsədi. Məqsədi bu olmazsa o, zaman bu davranış haram olur.

3. Fətva istədikdə. Qazıya: «Atam, qardaşım, qonşum, dostum və s. mənə zülm edir. Bunu etməyə haqları varmı? Onlardan qurtulmaq üçün, zülmlərini dəf etmək üçün əlacım nədir?» deyilə bilər. Əbu Sufyan - radıyallahu anhu – un zövcəsi Hind Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Əbu Sufyan çox simic bir insandır. Mənə və uşağıma yetərincə (pul, mal) vermir. Onun xəbəri olmadan ondan nə götürürəmsə ancaq odur» dedi. Peyğəmbər: «Sənə və uşağına yetəcək qədər götürə bilərsən» deyə buyurdu1162.

4. Günah və bidət əhli üçün. Bir kimsənin (əqidə) fiqhi məsələlri öyrənmək üçün bir bidətçinin və ya fasiq bir kimsənin yanına gedib-gəldiyini, ondan elm aldığını gördükdə (elm tələbəsinə) gözəl nəsihət vermək və bidətçinin yanına elm almağa getməkdən onu çəkindirmək lazımdır. Bu hallda qəsdi yalnız o kimsəyə xeyirli nəsihət vermək, dinə zərər olduğu üçün o bidətçinin yanından çəkindirmək olmalıdır. Həsəddən, paxıllıqdan bunu etməməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi Əbu Həmzə Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə özünə arzu etdiyini, qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz (Yəni: «Sizdən hər hansı bir kimsə nəfsi (istədiyini) sevdiyini qardaşı üçün (istəmədikcə) sevmədikcə iman etmiş olmaz)»1163. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən filankəs və filankəsin dinimizdən bir şeylər bildiklərini zənn etmirəm»1164. Zeyd b. Ərqəm - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər səfərə çıxmışdıq. Bu səfərimiz çox ağır keçmişdi. (Münafiqlərin başçısı) Abdullah b. Ubeyy: «Peyğəmbərin yanında olanlara yemək-içmək verməyin ki, ətrafından tez dağılsınlar» dedi. Sözünə davam edərək: «Mədinəyə çatdıqda ən güclü olanımız, ən zəif və fəqir olanları oradan çıxaracaqdır». Mən həmən bu xəbərləri eşitdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək ona xəbər verdim». Peyğəmbər – sallallahu aleyhi və səlləm – Abdullah b. Ubeyə xəbər göndərdi. Belə bir sözlər demədiyini israrla and içdi. Oradakılar: «Zeyd, Peyğəmbərimizə yalan söylədin» dedilər. Onların bu sözləri mənə çox pis təsir etdi. Allah məni doğrultmaq üçün: «Münafiqlər sənin yanına gəldikləri zaman biz sənin doğurdan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk deyirlər. Allah da sənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqləri xalis yalançı olduqlarına şəhadət verir». (əl-Münafiqun 1) bu ayəni nazil etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları yanına çağıraraq Allahdan onlar üçün bağışlanma diləməyi istədi. Lakin onlar üz döndərdilər1165.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin