2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə270/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   266   267   268   269   270   271   272   273   ...   397
Həsədin Əlamətləri - 1. Səninlə eyni səviyyədə olanın xətalarına sevinmək. 2. Onun tənqid olunmasına sevinmək. 3. Onun haqqında soruşulanda pisləmək. 4. Onun fəzilətindən danışmamaq. 5. Onun hər hansı bir məclisdə iştirak etməməsinə sevinmək. 6. Onun elminin az olduğunu istehza ilə lağa qoymaq. 7. Ona sual verildikdə həsəddən, paxıllıqdan sıxılmaq. 8. Onun dediklərinin səhv olduğunu isbat etməyə çalışmaq. Muaviyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər müsəlmanların gizli işlərini araşdırsan onları ifsad edərsən və ya ifsad edəcək bir hala gətirərsən»1176. Vasilə b. əl-Əska - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin qardaşının başına gələn müsibətə görə sevinməyin. Yoxsa Allah ona rəhmət edib səni bəlaya salar»1177. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, bir gün bir nəfəri saqqalından şərab damdığı halda yanıma gətirdilər. İbn Məsud: «Biz qüsur (izləməkdən) araşdırmaqdan nəhy edildik. Əgər nə isə bizə agah olarsa onda sözümüzü deyirik»1178. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Həsədsiz insan olmur. Lakin alicənab və əxlaqlı olan onu gizlədir. Alçaq və əxlaqsız isə onu biruzə verir»1179.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin