QADIN VƏ KİŞİNİN PARİK TAXMASI, DÖYMƏ VURMASI VƏ DİŞLƏRİNİ SEYRƏLTMƏSİ
«Allah ona (şeytana) lənət etdi. O, isə dedi: Əlbəttə mən sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbəttə açüq-aşkar ziyana uğramışdrı». (ən-Nisa 118-119). Əsmə b. Əbu Bəkr - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanına bir qadın gələrək dedi: «Ey Allahın Rəsulu! Gəlinlik yaşında bir qızım var. Qızılca keçirdiyi üçün saçları tökülmüşdür. Ona süni saç qoydura bilərəmmi?». Peyğəmbər: «Allah süni saç qoyana da, qoydurana da lənət etsin»1257. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – qadının başına parik taxmasını qadağan etdi»1258. Humeyd b. AbdurRahman rəvayət edir ki, Muaviyə - radıyallahu anhu – həcc etdiyi il Rəsulullah – sallallahu aleyhi və səlləm – in minbərində ikən keşikçinin əlindən taxma saç alaraq dedi: «Ey Mədinə xalqı, alimləriniz haradadır? Mən Rəsulullah – sallallahu aleyhi və səlləm – in bu kimi şeyləri qadağan etdiyini və: «İsrail oğulları qadınları bu kimi şeyləri taxdıqdan sonra həlak oldular» deyə buyurdu1259. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – parik taxana da, taxdırmaq istəyənə də, döymə vurana və vurdurmaq istəyənə də lənət etmişdir»1260. Abdullah b. Məsud - radıyallahu anhu – deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürmək istəyənlərə, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incələdən (qadınlara) lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Ummu Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin - sallallahu aleyhi və səlləm – in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mən nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin - sallallahu aleyhi və səlləm – bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax!» dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyin kimi olsaydı bizimlə birlikdə olmazdılar»1261.