ÜZƏ VURMAQ VƏ DAMĞA BASMAQ
Abdullah rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəvətçinin çağırışını qəbul edin, hədiyyəni qaytarmayın və müsəlmanı vurmayın»1298. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz qardaşı ilə vuruşduğu zaman üzə vurmaqdan çəkinsin»1299. Cabir – radıyallahu anhu – rəvayət edir ki, (üzünə) isti dəmirlə damğa vurulmuş bir heyvan Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanından keçdikdə buyurdu: «Bunu edənə Allah lənət etsin! Heç kəs üzə vurmasın və dağlamaq vasitəsilə üzə əlamət qoymasın»1300. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizlərdən biri öz xidmətçisini vurduqda qoy üzündən vurmasın»1301. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Haqsız yerə öz köləsinin üzünə vuran, yaxud onu döyən kimsənin kəffarəsi onu azad etməkdir»1302. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kəs (başqasına zülm edərək) bir zərbə vursa, Qiyamət günü ondan qisas alınar»1303.
Dostları ilə paylaş: |