2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


MÜSƏLMANLARI (ŞƏHADƏT KƏLİMƏSİNİ) SÖYLƏYƏNLƏRİ TƏKFİR ETMƏK



Yüklə 4,25 Mb.
səhifə297/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   293   294   295   296   297   298   299   300   ...   397
MÜSƏLMANLARI (ŞƏHADƏT KƏLİMƏSİNİ) SÖYLƏYƏNLƏRİ TƏKFİR ETMƏK

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar. Əgər dediyi kimidirsə heç bir eybi yox. Əksi təqdirdə bu söz onun özünə geri dönər»1329. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»1330. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək Mənim adımla and içən kimdir? Həqiqətən də Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim»1331. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»1332. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini küfürdə ittiham edərsə bu onu öldürmək kimidir»1333. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»1334. Bəni Zuhra qəbiləsinin müttəfiqi olmuş, Bədr döyüşündə iştirak etmiş Miqdad İbn Amr əl-Kindi  demişdir: “(Bir dəfə) mən Peyğəmbərə  dedim: “Ya Rəsulullah! Əgər (döyüşlərin birində) kafirlərdən biri ilə qarşılaşsam və biz bir-birimiz ilə vuruşsaq və o, (döyüş əsnasında) mənim iki əlimdən birini qılınc ilə vurub kəssə, sonra da məndən canını qurtarmaq üçün qaçıb bir ağaca dırmaşsa və mən Allaha təslim oldum (müsəlman oldum) desə mən onu bu sözü söylədikdən sonra öldürə bilərəmmi?”. Peyğəmbər: «Onu öldürmə» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Axı o, bu sözləri mənim əlimi kəsdikdən sonra söyləmişdi» dedim. Peyğəmbər: «Xeyr! Onu öldürmə. Əgər sən onu öldürsən onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olcaq. Sən isə onun (Kəlimeyi-Şəhadət) söyləməmişdən əvvəlki durumuna (vəziyyətinə) düşəcəksən”1335.1336. Usamə b. Zeyd – radıyallahu anhu – rəvayət edir ki, vaxtı ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm – bizi Cuheynə qəbiləsinin Huraka qolu üzərinə göndərmişdir. Sübh tezdən biz onlar su hövuzlarının yanında olarkən onlara basqın etdik. Ənsarlardan bir nəfər ilə onlardan birini izləyərək ona yaxınlaşdıqda (o, kimsə qorxudan) Lə İləhə İlləllah kəliməsini dedi. Mənimlə olan ənsar yoldaşım ondan əl çəkdi, mən isə qılıncımla onu vurub öldürdüm. Mədinəyə gəldikdə isə artıq bu xəbər Peyğəmbər - sallallahu aleyhi və səlləm – çatmışdır. Peyğəmbər: «Ey Usamə! Sən onu Lə İləhə İlləllah dedikdən sonramı öldürdün?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! O, canını qurtarmaq üçün belə dedi» dedim. O, mənə yenə də: «Ey Usamə! Sən onu Lə İləhə İlləllah dedikdən sonramı öldürdün?» deyə buyurdu. Peyğəmbər - səllallahu aleyhi və səlləm – bu sözləri dayanmadan mənə o, qədər təkrar etdi ki, mən kaş ki, bu günə qədər müsəlman olmazdım təmənni edənə qədər peşman oldum (Başqa rəvayətdə: Peyğəmbər - sallallahu aleyhi və səlləmLə İləhə İlləllah dedikdən sonramı sən onu öldürdün?» Mən: «Ya Rəsulullah! O, bu kəliməni mənim silahımın qoxusundan söylədi» dedim. Peyğəmbər: «İçindən söyləyib söyləmədiyini öyrənmək üçün qəlbinimi yarıb baxdın?» deyə buyurdu və bu kəlimələri o, qədər təkrar etdi ki, mən kaş ki, elə o günü müsəlman olardım deyə təmənni etdim)»1337. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – müsəlmanlardan təşkil edilmiş bir dəstəni müşriklərin bir qövmü üzərinə göndərir. İki ordu bir-biri ilə qarşılaşdılar. Müşriklərdən biri müsəlmanlardan istədiyini göz-altı edib izləyərək onu öldürürdü. Müsəlmanlardan bir nəfər isə (biz deyirik ki, bu Usamə b. Zeyd) idi. O, müşrüki izləyərək münasib (bir an) yetişdikdə Usamə qılıncını o, müşrikin üzərinə qaldırdıqda o: «Lə İləhə İlləllah» deyərək qışqırdı. Usamə buna əhəmiyyət vermədən o, kimsəni zərbə ilə öldürdü. (Döyüşdən sonra) Müjdəçi Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına gələrək ona döyüşdə baş verən hadisələri və (Usamə) haqqında məlumat verdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – Usaməni yanına çağıraraq: «Nə üçün onu öldürdün?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! O, müsəlmanlara əziyyət verərək filankəsi-filankəsi öldürdü deyə (bir çox müsəlmanların isimlərini zikr etdi)» dedi. Mən də onun üzərinə hücum etdikdə o, qılıncımı görəcək Lə İləhə İlləllah deyə qışqırdı. Peyğəmbər: «Sən də onu öldürdünmü?» deyə buyurdu. Usamə: «Bəli» deyə cavab verdi. Peyğəməbr: «Qiyamət günü qarşına Lə İləhə İlləllah kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! Mənim üçün Allahdan bağışlanma dilə!» dedi. (Lakin) Peyğəmbər - sallallahu aleyhi və səlləm – heç bir söz demədən bu kəlimələri bir neçə dəfə təkrar edirdi: «Qiyamət günü qarşına Lə İləhə İlləllah kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?»1338. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – xidmət edən Yəhudi bir uşaq var idi. Bu uşaq (bərk) xəstələnmişdir. Onu ziyarət edən Peyğəmbər - sallallahu aleyhi və səlləm – uşağın baş tərəfində oturaraq buyurdu: «İslamı qəbul et!». Uşaq yanında dayanmış atasına baxdı. Atası: «Əbul Qasimə itaət et!» dedi. O, da islamı qəbul etdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – uşağın yanından çıxaraq deyərdi: «Onu Cəhənnəm odundan qoruyan Allaha həmd olsun»1339. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, kişi öz dostuna Sən mənim düşmənimsən desə ikisindən biri ya İslamdan çıxar, ya da dostundan uzaqlaşmış olar. Sonra Abdullah - radıyallahu anhu – bu ayəni oxudu: «Tövbə edələrdən başqa»1340. Əbu Hureyrə - radıyallahu anhu – deyir ki: «Sizdən biriniz qardaşının gözündə çöp görür, öz gözündəki tiri, yaxud kötüyü isə unudur»1341. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim atəşdən uzaqlaşdırılıb Cənnətə girmək istəyirsə ona ölüm gəlməmişdən qabaq Allaha və axirət gününə iman etsin və özü ilə necə davranılmasını istəyirsə başqaları ilə də belə davransın»1342. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir kimsə: «İnsanlar məhv oldular» deyərsə, bu onun özünün məhv olması deməkdir»1343. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qatında insanların ən şərlisi sözləri pis və ağzı pozulmuş olduğu üçün insanların uzaq olmaq istədiyi kimsədir»1344. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmana əzab verənə Allah əzab verər, Müsəlmanla döyüşənlə Allah döyüşər»1345.

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: «Buna görə də hər bir kəs bu sözlərin nə qədər təhlükəli olması haqqında düşünməlidir. Allahın rəhməti və mərhəməti genişdir və hər bir şeyi də əhatə etmişdir. Allah öz qulunu Cəhənnəmə salmamışdan qabaq onun cüzi bir yaxşı əməlini axtaracaqdır ki, qulunu bağışlasın. «Subhənəllah! Alimin sözlərinə fikir verin». Ey mənim qardaşım! Sənin üçün daha yaxşı olardı ki, sən deyəsən Allah filankəsi bağışlaycaq, nəinki filankəs Cəhənnəmlikdir və ya kafirdir».



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin