Sol Əldən İstifadə Yeri:Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz kiçik ayaq yoluna çıxdıqda övrətini sağ əli ilə tutmasın və sağ əliylə yuyunmasın. (Bir şey içərkən də) qabın içinə doğru nəfəs alıb-verməsin»1492. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi»1493.
ALLAHIN RƏHMƏTİNDƏN ÜMİD ÜZMƏK VƏ ALLAHIN ƏZABINDAN ƏMİN OLMAQ
«Allahın əzabından xüsrana uğrayanlardan başqası əmin olmaz». (əl-Əraf 99). «Allahın mərhəmətindən ümüdünüzü kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». (Yusuf 87). «(İnsanlar) ümidsizliyə qapılandan sonra yağmur göndərən…». (əş-Şura 28). «Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların – məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir». (Yunus 7-8). «(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır».(əl-Ənfal 30). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən nəyin böyük günah olduğunu soruşdular o, buyurdu: «Allaha şərik qoşmaq, Allahın köməyinə ümidi itirmək və Allahın məkrindən1494 arxayın olmaq»1495. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki: «Böyük günahların ən böyüyü Allaha şərik qoşmaq, Allahın məkrindən arxayın olmaq, Allahın mərhəmətinə ümidsizlik və Allahın köməyinə ümidi itirmək»1496.