İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın»1608. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da bilər, tərk edilə də bilər»1609.
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən nəql edilən bir Sünnəti açıq-aydın bilindiyi halda onu bir başqasının sözündən ötrü tərk etməsinin halal olmadığını müsəlmanlar ittifaq etmişlər»1610. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mənim Kitabımda Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sünnəsinə zidd bir şey tapsanız Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sözünü götürün və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin sözünə etibar etməyin»1611. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur»1612. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mən bir söz söylədiyimdə mənə zidd olaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən səhih bir hədis gəldiyini görsəniz, mənə ağlımın getdiyini xəbər verin»1613. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hər hansı bir məsələdə bir söz söyləmiş olsam və Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən buna zidd bir xəbər gəlmişsə, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in hədisi daha doğrudur. Məni təqlid etməyin»1614. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən nəql edilən hər hansı bir hədisi məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir»1615.