Fərz – Vacib – Qəti olaraq gələn əmr fərz sayılır. Ona - Allah əmr edib deyə - əməl edən savab qazanır. Biri oruc tutur Allahın əmridir deyə, digəri isə oruc tutur arıqlamaq və s. üçün. İkisi də ac qalır, lakin Allahın əmridir deyə oruc tutan savab qazanır, digəri isə yox. Onu tərk edən isə əzaba layiqdir. Çünki Allahın istəyinə bağlıdır. İstəsə əzab verər, istəsə bağışlayar. Məs: Namaz, oruc və s. əməllər. Haram – Qəti qadağan haram adlanır. Bunu - Allah qadağan edib deyə - tərk edən savab qazanır. Biri içki içmir onu xoşlamadığı üçün. Belə bir kimsə savab qazanmır. Digəri isə içki içmir, Allah qadağan etdiyinə görə. Belə bir kimsə savab qazanır. Ona əməl edən isə cəzaya layiqdir. Məs: Zina, içki və s. əməllər.