əl-Cinn kəliməsi vardır ki, lüğətdə izahı – əl-Cannu mimin təşdidi ilə cinn ləfzindən cəm ismidir. Zəməhşəri deyir ki: «Cann cinlərin atasıdır. Adəm də bütün bəşəriyətin atasıdır. Cann xüsusi bir qövmdür ki, insanlardan əvvəl yaradılmışlar. Canın bir növü də ilan adıdır ki, gözləri qara əksər evlərdə dolaşırlar və heç kimə də zərər verməzlər». İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər Minada bir mağarada idik (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – ehramlı halda Minada bir ilan öldürülməsini əmr etmişdir). Bu vaxt ona