Vəl Mursələti Urfə– surəsi nazil olmuşdur. Bizlər də bu surəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından ilk alan kimsələr idik. Bu an birdən-birə üstümüzə bir ilan gəldi. Peyğəmbər: «Bu ilanı öldürün» deyə buyurdu. Biz də onu öldürməyə çalışdıq, lakin ilan qaçdı. Peyğəmbər: «Allah sizləri ilanın şərindən qoruduğu kimi ilanı da sizin şərinizdən qorudu» deyə buyurdu. Müslim 2234,2235. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mədinədə müsəlman olmuş cinlərdən bir cəmaat vardır. Hər kimin evində uzun ömürlü ev ilanları vardısa, onlardan bir şey gördükdə onları üç gün elan edib qovun (Başqa rəvayətdə: Üç dəfə qovun). Gedərsə nə yaxşı, əgər bundan sonra da sizə görsənərsə artıq onu öldürün. Çünki o, şeytandır (Başqa rəvayətdə: Çünki o, kafirdir)». Müslim 2236.