2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə376/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   372   373   374   375   376   377   378   379   ...   397
Əl-Cəmil Uca Allahın gözəl İsimlərindəndir. Varlıq aləmində hər gözəlliyin sahibindən daha gözəldir. Hətta bütün varlılıqların gözəlliyi bir adamda toplansa yenə də bu gözəllikləri Allahın gözəlliyinin yanında günəş işığı qarşısında zəif qəndil işığına bənzər. Bu aləmdə var olan bütün gözəlliklər Onun bir sənət əsəridir. Gözəllikləri yaradan Odur. O, bütün gözəl isim, sifət və fellərin sahibidir. Bu İsim Qurani Kərimdə keçməməkdədir. Yalnız İbn Məsud – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Heç şübhəsiz ki, Allah Cəmildir (gözəldir) və gözəl olanıda sevir». Müslim 91. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Allah gözəldir və gözəldən başqasını da qəbul etməz». Müslim 1015. Gözəllik insanın zahiri görünüşünü əhatə etdiyi kimi (geyim, saç), bundan başqa olan bütün gözəl şeyləri də əhatə edir. Çünki Allah verdiyi nemətlərin əsərini qulların üzərində görməsindən xoşlanır. Çünki bu sevdiyi gözəllikdəndir. Buna görə də Allahın verdiyi nemətlərə şükr edən kimsə, bu nemətləri yerinə yetirməli və istifadə etməlidir. İstifadə etmək zahiri gözəllik, dil və qəlb ilə şükr isə daxili gözəllikdir.
Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin