Məkr və Keyd (Hiyləyə qarşılıq vermək sifəti) Həqiqətən (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm». (ət-Tariq 15,16). Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik». (ən-Nəml 50). Allahın hiylə sifəti vardır. İnsandan fərqli olaraq Allahda bu sifət kamildir, insanlarda isə naqis sifət sayılır. Allahın hiyləsi qarşılıqlıdır kafirlərin hiyləsinə qarşı. Allahın feli sifətlərindəndir. Allah daima bu sifətə mənsub deyildir. İstədiyi vaxt onu edir. Sələflərdən bəziləri Allahın qullarına olan Məkrini (yəni hiyləyə qarşılıq verməsini) onların bilmədikləri bir yerdən nemətlər ilə dərəcə-dərəcə əzaba yaxınlaşdırılması deyə açıqlamışlar. Onlar yeni bir günah etdikdə O, da onlara yeni bir nemət ehsan edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə günah etməyə davam etdiyi müddətdə və Allahın ona dünyadan sevdiyi şeyləri verdiyini görəcək olsan bil ki, bu Allah tərəfindən (o, kimsəyə) dərəcə-dərəcə əzaba yaxınlaşdırılmasıdır».