5) Valideynləri Lənətləyənə: Əli - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə»138. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Valideynləri təhqir etmək ən böyük günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu139.
6)Yenilik Edənə (Bidətçiyə) Sığınacaq Verənə: Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dini dəyişənə (bidətçiyə, cinayətkara) sığınacaq verənə»140.
7) Yerin Əlamətlərini Dəyişənə (Torpaq Sərhədlərini): Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»141.