20) Şivən Qoparan Qadınlara:Əbu Usamə - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib üzünü və paltarını cıran və şivən qopararaq ağlayan qadınlara»154.
21) Səhabələri Söyən: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar»155.
22) Qəbirləri Qarət Edənlərə: Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət etsin qəbirləri qarət edən kişi və qadınlara»156.
23) Heyvanlara Oxşamaq İstəyənlərə: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib heyvanlara oxşamaq istəyənlərə»157.