24) Heyvanları Vurmaq:Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib heyvanların üzlərinə vuranları və üzlərinə damğa qoyanları»158.
25)Muhallil Və Muhalləhul Ləhu: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib ərindən ayrılmış qadının öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu işi gördürənə»159.
26) İçki İçənlərə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana, paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə»160.
27) Surət Çəkənlərə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib surət çəkənlərə»161.
28) Canlı Olan Bir Şeyi Hədəf Edənlərə: İbn Ömər - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib canlı olan bir şeyi hədəfə alanı»162.