29) Sala Düzəldənlərə: Ömər - radıyallahu anhu – Səmuranın şərab satdığını eşidincə dedi: Allah Səmuraya lənət etsin. Məgər o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nə buyurduğunu eşitməyibmi? «Allah lənət edib Yəhudilərə hansı ki, onlar ölmüş heyvan yağlarının haram olunmasına baxmayaraq onları əritdilər və satdılar»163. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bir şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir»164.
30) Dünya Lənətlənmişdir:Əbu Hureyrə - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:«Dünya lənətlənmişdir. İçində olan hər bir şey də lənətlənmişdir. Yalnız (elm) öyrənən və öyrədəndən başqa»165.
31) Parik Taxanlara: Aişə - radıyallahu anhu – rəvayət edir ki, cavan bir qadın ərə getdikdən sonra xəstələnir və bu xəstəlik nəticəsində saçları tökülür. İnsanlar da onun üçün parik düzəltməyi qərara alırlar və bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşurlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah parik taxana da, taxdırana da lənət etsin»166.