32) Ədalətsiz Əmir:Əbu Burza - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəlifəlik Qureyşdən olmalıdır. Onlardan rəhm istənildikdə onlar mərhəmətli olmalıdırlar. Vəd verdikləri zaman vədlərini yerinə yetirməlidirlər. Hökm oxuduqda ədalətli olmalıdırlar. Əgər kimsə bu cür hərəkət etməzsə onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti yağar»167.
33) Koru Yolundan Azdıranlara: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Koru yolundan azdıran adama Allah lənət etsin»168.
34)Məclislərin Ortasında Əyləşənlərə: Huzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – halqaların (məclislərin) ortasında əyləşənləri lənətliyib»169.
35) Atasından Başqasına Nisbət Edilənləri: Əli - radıyallahu anhu – rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurduğu yazılmışdır: «…Hər kim atasından başqasına nisbət edərsə özünü artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»170.