2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə63/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   59   60   61   62   63   64   65   66   ...   397
«Dilədiyinizi edin». (əl-Fussilət 40). Günahlar bəndənin həya duyğusunu zəiflədir. Hətta o dərəcyə gəlib çatır ki, həya bütünlüklə ondan soyulub çıxır. Artıq bu kimsə insanların onun bu əməlindən xəbərdar olmaları, bilmələri ilə təsirlənmir. Çoxları da o etdikləri əməlləri (utanmadan, çəkinmədən) xəbər verirlər. Onu buna vadar edən həyanın olmamasıdır. Əgər bəndə bu vəziyyətə çatarsa onun düzəlməsinə heç bir ümüd də olmaz. Həya həyat sözündən alınmışdır. Həmçinin də bərəkətli yağışa da həya deyirlər. Çünki onunla yer üzü həyata gəlir. Həmçinin dünya və axirət həyatı da həya adlandırılıb. Əgər bir kəsin həyası yoxdursa o, dünyada ikən ölü, axirətdə isə bədbəxtdir. Günahlarla həyanın azlığı arasında birləşmə vardır. Onlardan hər biri digərini çağırır. Günahlar həyasızlığı, həyasızlıq da günahları. Əgər bir kimsə günah etdiyi vaxt Allahdan həya etməzsə Qiyamət günü Allah ona cəza verməkdən də həya etməz. Əgər bir kimsə utanmayaraq günah edərsə Allah da onu cəzalandırmaqda utanmaz.

29. Günahlar qəlbdə Allaha olan təzimi zəiflədir. Günah edən insanda Allaha təzim, hörmət zəifləyir. Bunu istəsə də, istəməsə də. Əgər insanın qəlbində Allaha təzim olsaydı o, heç vaxt günahlara cürət etməzdi. Bəzən aldananlar və qürurlu insanlar deyirlər ki: «Məni günaha vadar edən Allaha olan gözəl zənnim və Allahın bağışlamasına olan ümidimdir. Yoxsa mənim Ona olan təzimin azlığından deyildir». Bəziləri də qeyd edirlər ki, nə istəyirsənsə et, sonra Əstəğfirullah desən bütün günahların bağışlanacaqdır. Bəzi fəqihlərdən biri mənə demişdir ki: «Mən istədiyimi edirəm və sonra da Subhənəllahi Və Bihəmdihi duasını 100 dəfə deyirəm və mənim günahlarım dənizin köpükləri qədər olsa da belə bağışlanır». Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Kim gündə yüz dəfə Subhənəllahi Və Bihəmdihi – duasını deyərsə günahları dəniz köpüyü qədər olsada belə silinər»198. Məkkə əhlindən biri isə deyir ki: «Bizdən biri istədiyini etdikdən sonra yuyunur və Kəbəni təvaf edir. Bununla da onun günahları bağışlanır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddətə qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər199« deyə buyurdu200. Bu hədisi dəlil gətirərək deyirlər ki, biz də şəkk etmirik ki, bizim bağışlayan Rəbbimiz vardır. Bu növ insanlar Rəca – ümüd verən dəlillərdən tuturlar. Bu naslardan iki əlləri ilə yapışırlar. Əgər sən bu günahlara görə onu danlasan Rəca ilə bağlı bütün ayə və hədisləri sənə gətirərlər. Bu növ cahillərin bu haqda qəribə dəlilləri də vardır. Onlardan biri deyir: «İnsanın günah etməsi Allahın bağışlamağını və əffinin genişliyini bilməsidir». Digəri: «Günahları tərk etmək Allahın məğfirətinə qarşı cürət etməkdir və Allahın məğfirətini kiçik görməkdir». İbn Həzm – rahmətullahi aleyhi – deyir ki, mən bunlardan birini dua edərkən gördüm: «Allahım! Mən sənə günaha düşməməkdən sığınıram». Bu Allahın əzəmətinin qəlbimdə zəifləməsi deyildir. Bu kimsə özünü çaşqınlığa salandır. İnsanın qəlbində olan Allahı təzim etməsi ondan Allahın qadağalarından çəkinməyi tələb edir. Günahlara cürətlə gedənlər Allahı haqqı ilə tanımamış və haqqı ilə qiymətləndirməmişlər. Allahın əmr və qadağası ona asan gələn kimsənin Allahı haqqı ilə təqdir etməsi, təzim etməsi, ucaltması necə mümkün ola bilər? Bu son dərəcə imkansız və açıq bir xüsrandır. Günahkara cəza olaraq qəlbində Allaha, haramlarına təzimin silinməsi və Onun haqqını bəsit görməsi cəza olaraq ona kifayətdir.

Cəzalardan biri də Allah insanların qəlbindən günah edən kimsənin qəlbindən ehtiram olan heybətini qaldırmasıdır. Onların gözündə o, insan alçalır. İnsanlar onu aşağı sayırlar. Allahın əmrləri onun üçün aşağı olduğu kimi, onlara əhəmiyyət verməyib kiçiltdiyi kimi insanlar da onu alçaldarlar. Qul Allahı nə qədər sevərsə bir o qədər də insanlar onu sevərlər. Qul Allahdan nə qədər qorxarsa bir o qədər insanlar da ondan qorxarlar. Qul Allaha və Onun əmirlərinə nə qədər təzim edərsə insanlar da bir o qədər ona təzim edərlər. Bir qul ki, Allahın qadağalarını aşırsa necə insanlardan özünə qarşı hörmətli olmalarını uma bilər? Və ya o Allaha üsyanı xəfif bir şey sayırsa insanlar onu necə xəfif görməsinlər?

Allah Kitabında günahların cəzalarını söyləyərkən buna işarə etmişdir. Qazandıqları günahlar sayəsində Allah işlərini alt-üst etmiş, qəlblərini möhürləmiş, Allahı unutduqları kimi Allah da onları unutmuş, Allahın dinini alçaltdıqları üçün Allah da onları alçaltmış, Allahın əmrlərini zay etdikləri üçün Allah da onları zay etmişdir. Buna görə də bütün yaradıl-mışların Ona səcdə etdiklərini bildirdikdən sonra: «Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18). Çünkü onlar Allaha səcdə etməyi özlərinə sığışdırmadıqları üçün Allah da onları alçaltmışdır. Artıq Allahın alçaltdığını kimsə ucaltmaz. Allahın alçaltdığını kim ucalda bilər? Allahın ucaltdığını kim alçalda bilər?

30. Günahlar Allahın öz qulunu unutmasına və onu tərk etməsinə səbəbdir. Allah o insanı öz nəfsi və şeytanı ilə buraxır. Bu da ən böyük həlakdır ki, ondan da qurtulmaq umulmur. «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 18-19). Bu ayədə Allah təqvalı olmağı əmr edir və həmçinin də mömin bəndələrini Allahı unudanlara oxşamaqdan çəkindirir. Onlar Allahı, təqvanı tərk etdikləri üçün unuduldular. Allah xəbər verir ki, təqvanı kim tərk etmişsə Allah onu özünü unutdurmaqla cəzalandırar. Allah o insana öz xeyirlərini unutdurar. Artıq o, kimsə öz xeyirlərini bilməz. Özünü əzabdan qurtaran səbəbləri bilməz, əbədi həyatı vacib edən səbəbləri bilməz. Allahın əzəmətini, qorxusunu, Allahın əmrlərini yerinə yetirməyi unutduğuna görə. Artıq Allah onun qəlbini Özünü zikr etməyə bağlamışdır. O insan öz havasına, istəyinə uymuşdur. Hər bir işi ifratdır. Artıq onun bütün dünya və axirət xeyirləri bağlanmışdır. O insan əbədi səadətə qarşı səhlənkarlıq göstərdiyinə, əbədi səadəti az bir ləzzətə dəyişdiyinə görə! Şair deyir: «Yuxudakı röyalar və ya keçici kölgə kimi, kəsinliklə aldanmaz beləsinə ağıllı biri». Ağıllı insan bu ötəri, keçici kölgə (dünya) ilə aldanmaz. Cəzaların ən böyüyü qulun özünü unutması, zay etməsi və Allahdan alacağı payı və nəsibini zay etməsidir. Buna aldanaraq zərərinə və çox ucuz dəyərə satmasıdır. Beləcə onsuz edə bilməyəcəyi və yerini də heç bir şeyin doldurmayacağı şeyi zay edib, yerinə heç bir işinə yaramayan və heç bir dəyəri olmayanı almışdır.

Artıq o, kimsə öz Rəbbini unutmuşdur. Allahı itirdisə artıq onun əvəzi də yoxdur. Allah özündən başqa itirilən hər bir şeyi əvəz edir. Şair deyir: «Hər şeyi itirsən də yerinə gələn vardır, Allahı itirsən yerinə gələcək nə var». Allahdır hər bir şeydən qoruyan, heç kəs isə Allahdan qoruya bilməz. Belə olduğu halda insan necə Allahdan bir göz qırpımı qədər ehtiyacsız, möhtacsız olduğunu zənn edə bilər. Özünü unutmağa aparan, Onu anmağı necə unuda bilər? Əmrlərini necə zay edə bilər? Beləcə özünü zərərə salar və özünə zülm edər? Allah ona xeyirlərini unutdurur və bununla da xüsrana düşərək özünə ən böyük zülm etmiş olur.



31. Günahlar qulun ehsan dairəsindən çıxmasına səbəbdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm –, onların yanına dinlərini onlara öyrətmək və Ehsan haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam – a belə cavab vermişdir: «Ehsan, Uca Allahı sən Onu görür kimi ibadət etməkdir, lakin sən Onu görməsən də şübhəsiz ki, O səni görür»201. Günahlar Muhsinlərin savabına nail olmağa mane olur. Əgər ehsan insanın qəlbinə girərsə onu günah etməkdən çəkindirər. Əgər bir kimsə Allahı görür kimi ibadət edərsə bu yalnız Allahın qorxusunun, məhəbbətinin və ümüdün qəlbində yer tutmasına görədir. Sanki Allahı görür kimi olur. Bunlar da qəlbdə olarsa belə bir durum (günah etmək bir tərəfə qalsın), insanı günah etmək istəyinə də mane olur. Artıq o kimsə bu ehsan dairəsindən çıxarsa xüsusi yoldaşdan, xoş bir həyatdan və bol nemətlərdən məhrum olar. Allah ona rəhm edərsə onu ehsan dairəsindən möminlik dairəsinə düşürərək orada da saxlayar. Əgər bu dairədə də böyük günahlara yol verərsə oradan çıxaraq İslam dairəsinə düşər. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»202.

Hər kim möminlərlə yoldaşlığı itirərsə və iman dairəsindən çıxarsa Allahın kitabında imanla bağlı olaraq zikr etdiyi bütün xeyirləri itirmiş olar. Məhrum olunan xeyirlər 100-ə yaxındır ki, bunlarında hər biri dünya və onun içindəkilərdən daha xeyirlidir. Quranda imanla bağlı olaraq zikr edilən xeyirlərdən bəziləri:



1. Möminlərə olan böyük mükafat: «Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərlə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir». (ən-Nisa 146).


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin