2. Allah dünya və axirət şərlərini iman edənlərdən uzaqlaşdırar: «Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah həqiqətən heç bir xaini və nankoru sevməz». (əl-Həcc 38).
3. Möminlər üçün ərşi daşıyan mələklərin istiğfarı vardır: «Ərşi daşıyanlar və onun ətrafında olanlar(mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən». (əl-Mumin 7).