6) Allahdan Qeyrisinə And İçmək -Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahdan qeyrisinə and içərsə şirkə və küfrə düşmüş olar»256.
7) Ərinə Və Yaxşılığa Qarşı Nankorluq – İbn Abbas - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cəhənnəm göstərildi. Bir də gördüm ki, Cəhənnəm-liklərin çoxu qadınlardır. Onlar küfr edərlər». Səhabələr: «Allahamı küfr edərlər?» deyə soruşdular. Peyğəmbər: «Onlar ərlərinə qarşı nankorluq (küfrü) edərlər. Yaxşılığa qarşı nankorluq edərlər. Birisinə çox uzun bir müddət yaxşılıq etsən sonra səndən xoşuna getməyən bir şey görsə: «Mən səndən heç bir yaxşılıq görmədim ki, deyər»257.