2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə142/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   138   139   140   141   142   143   144   145   ...   397
4. Günahların cəzalarından biri də bir yerin üzərində olanlarla bərabər yerə batırılması kimi qəlb də yerə batırılır. Beləcə sahibi fərqinə varmadan qəlb Əsfələ Səfilinə endirilir. Qəlb ən aşağı təbəqəyə, dərəcəyə batrılır. O insanın qəlbi o qədər aşağıya enir ki, zibilliyin yanında fırlanır (dolaşır). Həqiqətən də Allahın qaldırdığı, özünə yaxınlaşdırdığı qəlb isə ərşin ətrafında dolaşır. Sələflər deyirlər ki: «Həqiqətən də bu qəlblər dolaşırlar. Qəlblərdən bəzisi pisliyin ətrafında, bəzilərinin qəlbləri isə zibillikdə, ayaq yollarında dolaşır».

5. Günahlar qəlbin surətini dəyişdirir. Qəlbin məsh edilməsi, həqiqi olan surətdən başqa bir şəkil alması. Qəlb əxlaqında, əməlində və təbiətində bənzədiyi heyvanın qəlbinə dönər. Kimisinin qəlbi donuza çox oxşadığı üçün bənzərlik səbəbi ilə donuza çevrilir. Kimiləri itə, eşşəyə, ilana, əqrəbə və digər bənzədiyi heyvanların qəlblərinə dönür. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – nin bu ayəyə verdiyi təfsirdə: «Yerdə gəzən elə bir heyvan, göydə iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın». (əl-Ənam 38). İnsanlardan kimiləri yırtıcı heyvan əxlaqında, kimiləri itin, donuzun, eşşəyin əxlaqı üzərindədirlər. Kimiləri tovuz quşu öz lələyinə büründüyü kimi insan da öz paltarına bürünərək lovğalıq edir, kimiləri də sevir və sevilir göyərçin kimi, kimiləri də dəvə kimi kinlidir, kimiləri də tülkü kimi hiyləgər, kimiləri də qoyun kimi hər bir şeyi xeyirlidir. Allah cahilləri və bacarıqsızları zaman-zaman eşşəklərə, bəzən də itə bənzətmişdir. Bəzən bu (bənzərlik) batində olan oxşarlıq o qədər güclənir ki, zahirdə də ortaya çıxır. Lakin bunu yalnız fərasət sahibləri görürlər. Bu bənzəmənin əməllərdə zahir olmasını isə hamı görür. Hətta onun hərəkətləri, əxlaqı o qədər güclənir ki, surəti çox çirkin hala gəlir. Allahın izni ilə onun surəti dəyişir. Allah onun surətini oxşadığı heyvanın surətinə çevirir...».


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin