2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə150/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   146   147   148   149   150   151   152   153   ...   397
RİYA

Riya Raə sözündən götürülüb göstərmək deməkdir. Şəriətdə isə hər hansı bir əməli insanlara göstərmək və eşitdirmək üçün etmək deməkdir. Həmçinin xəbər yayılsın və insanlar onun haqqında danışsınlar deyə bir iş görən də kiçik şirkə düşmüş olur. Hətta bəzi alimlər qeyd edirlər ki, riya insanda çox olarsa bu böyük şirkə də apara bilər. Bu kimsə bilir ki, Allahdan başqa ibadətə layiq haqq İlah, Ondan başqa xeyir verən, zərər verən, öldürən, dirildən və s yoxdur. Lakin o, öz müamələsində və etdiyi ibadətində xalis Allaha yönəlmir. Görürsən ki, bəzən nəfsi üçün pay ayırır, bəzən də etdiyi əməli dünyanı tələb etmək, rəhbərlik, dərəcə və insanlar qatında şöhrətə nail olmaq üçün edir. Əməlində həm Allah üçün, həm nəfsi istəyi üçün, həm şeytanı və insanlar üçün də pay vardır. Bu da ibadətdə şirkdir. Bu da insanların çoxsunun halıdır. Buna görə də görürsən ki, bir əməldə bir neçə pay vardır. Riyanın isə hamısı şirkdir. «Kim Rəbbi ilə qarşılşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın». (əl-Kəhf 110). Uluhiyyətdə tək olduğu üçün ibadətdə də Allah təklənməlidir. Saleh əməl də riyadan uzaq olan və sünnəyə müvafiq olan əməldir. Əgər əməldə riya varsa və ya o əməl sünnəyə uyğun deyilsə saleh əməl sayılmır. Saleh əməlində iki şərti vardır. İxlaslı olması və sünnəyə uyğun olmasıdır. Ömər - radıyallahu anhu – dua edərək deyərdi: «Ey Allahım! Sən mənim əməlimin hamısını saleh əməl et və bütün etdiyim əməllərimi də sənin üçün edənlərdən et! Bu əməlimdə heç kimsə üçün bir pay ayırma». Bu ibadətdə olan şirk əməlin savabını yoxa çıxarır. Bəzən də cəzaya layiq görülür əgər etdiyi əməl vacibdirsə. Elə bil ki, o əməli etməyib. Buna görə də əməli etmədiyinə görə cəzaya layiq görülür. Allah əmr etmişdir ki, ibadət xalis Ona olmalıdır. Heç bir şeylə qarışmadan: «Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!». (əl-Bəyyinə 5). Əgər bir kimsə ibadətində xalis olmazsa (Muxlis) o kimsə əmr olunanı yerinə yetirməmişdir. Elə bil ki, onun etdiyi əməl əmr olunmayan bir şeydir. Ona görə də səhih deyildir və qəbul da olunmur. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(İnsanlara) eşitdirmək üçün bir iş görənin əməlini Allah (Qiyamət günü insanlara) eşitdirəcəkdir. Özünü göstərmək üçün bir iş görənin əməlini də Allah (Qiyamət günü insanlara) nümayiş etdirər»425. Cundub b. Abdullah b. Sufyan - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim etdiyi yaxşılığı xalqa eşitdirmək üçün edərsə Allah da Qiyamət günü onu rəzil edər. Kim də riya edərsə Allah da Qiyamət günü onun riyakarlığını xalqın önündə açar»426. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim ki, Allah rizası üçün öyrənilməsi lazım olan bir elmi sırf dünya malını əldə etmək üçün öyərənərsə Qiyamət günü Cənnətin iyini belə almaz»427. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən özünə şərik qoşulanlardan şərikliyə ən çox ehtiyacı olmayanam. Kim bir əməl etməklə əməlində mənə başqasını şərik qoşarsa onu və şirkini kənarlaşdıraram»428. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin üçün nəyin Məsih Dəccəldən də daha təhlükəli və qorxulu olduğunu xəbər verimmi?». Səhabələr: «Bəli, ya Rəsulullah!» dedilər. O: «Bu gizli şirkdir. Bir adamın namaz qıldıqda başqa birisinin ona baxdığını hiss edincə namazını bəzəyib-düzməsidir»429. Muaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Riyanın azı belə şirkdir»430. Fudeyl b. İyad – rahmətullahi aleyhi - deyir ki: «Əməllər həm düzgün, həm də səmimi olmayana qədər, səmimi olub düzgün olmayanda və ya düzgün olub səmimi olmayanda qəbul edilmir. Səmimi Allah üçün edilən, düzgün isə Sünnəyə uyğun olandır». Mömin işlərini yalnız Allah üçün etməli, ürəyində insanlardan tərif eşitmək arzusu olmamalıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ən çox öz ümmətimdə kiçik şirkdən qorxuram». Səhabələr: «Bu nədir? Ya Rəsulullah» dedilər. Peyğəmbər: «Riya» deyə buyurdu431. «Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələr əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli əzab gözləyir». (Ali İmran 188). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Qiyamət günü riya edən kimsələrə buyuracaqdır: Kimin üçün çalışmısınızsa (riya etmisinizsə) gedin onların yanına görün sizə nə verirlər»432.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin