2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


FƏRZ NAMAZLARINI YATIB QALAN VƏ QURANI ÖYRƏNDİKDƏN SONRA ONU OXUMAYAN VƏ ƏMƏL ETMƏYƏN



Yüklə 4,25 Mb.
səhifə153/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   149   150   151   152   153   154   155   156   ...   397
FƏRZ NAMAZLARINI YATIB QALAN VƏ QURANI ÖYRƏNDİKDƏN SONRA ONU OXUMAYAN VƏ ƏMƏL ETMƏYƏN

Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər…Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır!»494.



ZƏKAT VERMƏYƏNLƏR

Allah peşman və rüsvay olunacaq gündə, qızıl, gümüş zəkatını verməyənlərin aqibətini belə bəyan edir. «Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın! deyiləcəkdir». (ət-Tövbə 34-35). «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolaşacaqdır. Göylərin və yerlərin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali-İmran 180). «Vay müşriklərin halına! O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar». (Fussilət 6-7). İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir qövm zəkat malını verməzlərsə onlara səmadan yağış yağması əngəllənər və əgər heyvanlar olmasa, onlara heç bir şəkildə yağış yağmazdı»495. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr – radıyallahu anhu – nun xəlifəliyi (dövründə) bir qrup ərəblər (zəkat verməkdən imtina edərək) küfrə girirlər. (Əbu Bəkr – radıyallahu anhu – onlarla vuruşmağa qərar verdikdə) Ömər: «Sən o, insanlarla necə döyüşə bilərsən ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına (və Muhəmmədin Allahın Rəsulu olduğuna) şəhadət edincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olarlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir»496 dedi. Əbu Bəkr: «Allaha and olsun ki, namaz və zəkatı bir-birindən ayıranlarla vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki, onlar Peyğəmbər - sallallahu aleyhi və səlləm – ödədikləri bir dəvə yulanını belə məndən əsirgəmiş olsalar bundan ötrü onlarla vuruşacağam» deyə cavab verdi. Ömər: «Vallahi başa düşdüm (gördüm) ki, tək Allah özü Əbu Bəkr – radıyallahu anhu – nun köksünü onlarla döyüşməyə açmışdır və başa düşdüm ki, doğru olan da elə budur»497. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah kimə mal verdiyi halda zəkatını ödəməyəcək olursa, Qiyamət günündə o mal ona gözləri üzərində iki qara nöqtə olan bir ilan şəkilində göstərilir. Bu ilan Qiyamət günü onun boynuna dolanır. Onu çənələri ilə yaxaladıqda: «Mən sənin malınam, mən sənin yığıb gizlətdiyin xəzinənəm». «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey Qiyamət günü boyunlarına dolaşacaqdır. Göylərin və yerlərin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali-İmran 180)»498. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Elə bir dəvə, inək və qoyun sahibi yoxdur ki, onların haqqını verməsin və Qiyamət günü düz və geniş bir ərazidə bu heyvanların ayaqları altına atılaraq onu ayaqları ilə əzər və dişləyərlər. Dəvə sürüsü baş tərəfi üzərindən dişləyib keçdikcə son tərəfi onun üzərinə qayıdar. Bu hal 50 min il olan bir gündə (yəni) qullar arasında veriləcək hökm bitənə qədər (davam edər). Nəhayət ya Cənnətə, ya da Cəhənnəmə gedən yol ona göstərilir”499. Əhnəf b. Qeys - radıyallahu anhu – deyir ki, Qureyşlilərdən bir topluluğun yanında oturmuşdum. Saçları, paltarı və görnüşü çox da yaxşı olmayan biri gəldi. Onların başlarının üstündə dayanaraq: «Mal yığıb gizlədənləri Cəhənnəm atəşində qızdırılacaq daşlarla müjdələ. Daha sonra bu qızdırılanlar onların məmə uclarına qoyulacaq, sonra isə çiyinlərinin üst tərəfindən çıxacaqdır. Yenə də qızdırılan daşlar çiyinlərinin üst tərəfindən qoyularaq məmə uclarından çıxacaqdır…»500. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim zəkatı verməkdən qaçırsa mən həm zəkatı, həm də malının yarısını alaram. Çünki bu Allahın haqqıdır»501. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəmə girən ilk üç (insan): Zalım hökmüdar, malından Allahın haqqını verməyən sərvət sahibi, Təkəbbürlü kimsə»502.





Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin