Övlad Atasını Adı İlə Çağırmaz, Ondan Əvvəl Oturmaz Və Ondan İrəlidə Getməz -Rəvayət edildiyinə görə Əbu Hureyrə – radıyallahu anhu –iki nəfəri gördü və bunlardan birinə: «Bu sənin nəyindir?». Adam: «Atamdır» dedi. Əbu Hureyrə: «O, halda onu adı ilə çağırma, ondan irəlidə getmə və ondan əvvəl də oturma»585.
Ananın Və Atanın Yanına Girmək Üçün İzn İstəmək -Əlqəmə rəvayət edir bir kişi Abdullahın yanına gəlib dedi: «Anamın otağına girmək üçün izn almalıyammı?». O: «Məgər sən onu hər cür vəziyyətdə görmək istəyərsənmi? (Başqa rəvayətdə: Ananın yanına izn istəmədən girsən. Xoşuna gəlməyən şeyi görərsən)» dedi586. Peyğəmbər –sallallahu aleyhi və səlləm –buyurdu: «Xala - ana yerindədir»587.