2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Qohumluq Əlaqələrinin Fəziləti -



Yüklə 4,25 Mb.
səhifə171/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   167   168   169   170   171   172   173   174   ...   397
Qohumluq Əlaqələrinin Fəziləti - Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! Mənim qohum-əqrabam vardır. Mən onlarla əlaqələri möhkəmləndirirəm, onlar isə əlaqələri kəsirlər. Mən onlara yaxşılıq edirəm onlar isə pisliklərindən geri qalmayıb məni təhqir edib söyürlər (mən də onların bu etdiklərinə səbr edib onları bağış-layıram)». Peyğəmbər: «Əgər durum sən dediyin kimidirsə belə etdikcə onlara qızğın kül yedirtmiş kimisən. Sən bu vəziyyətdə yaxşılığına davam etdikcə onlara qarşı Allahdan bir yardımçı daima səninlə birlikdədir» deyə buyurdu593. AbdurRahman b. Auf – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən o, da öz Rəbbindən rəvayət edir ki, Allah – subhənəhu və təalə – buyurdu: «Mən Rahmənəm və (qohumluq əlaqələrini) Rahimi mən yaratdım və İsmim olan Rahməndən ona isim deyə rahim verdim. Kim qohum-əqrabaya yaxşılıq edərsə (əlaqələri möhkəmləndirərsə) mən də ona yaxşılıq edərəm. Kim də ondan (yaxşılığı) kəsərsə Mən də ondan (yaxşılığı) kəsərəm»594. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – barmağını bizə işarə edərək buyurdu: «Rahim, Rahmən ismindən ayrılmadır (onun bir hissəsidir). Onun haqqını kim qoruyarsa, Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər. Qiyamət günü onun bəlağətli dili olacaqdır»595. Aişə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rahim, Allahın rəhmətinin əsərlərindəndir. Kim onun haqqını yerinə yetirərsə Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər»596.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin