Eşqin Dünya Və Axirətdə Olan fəsadları - Eşq insanın qəlbini korlayır. Əgər qəlb korlanarsa sözlər, əməllər və iradə də korlanar. Allah bu xəstəliyi iki sinif insanlar barəsində hekayət etmişdir. O insanlar da Lut qövmü və qadınlardır. Yusif – əleyhissəlam – öz iffəti, səbri və təqvası ilə hansı hala düşdüyünü də bizə Allah xəbər vermişdir. Yusif – əleyhissəlam – ın düşdüyü bu müsibət, bəla elə bir bəladır ki, buna yalnız Allahın səbr verdiyi kəs səbr edə bilər. «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən mən onlara meyl edər və cahillərdən olaram».(Yusuf 33). Əbu Səid əl-Xudri - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, dünya şirin bir yaşıllıqdan ibarətdir. Allah sizləri dünyada əvvəlki ümmətlərə xəlifələr təyin etdi ki, sizlərin necə əməl edəcəyinizə baxsın. Dünyaya bağlanmaqdan çəkinin. Qadınlardan da qorxun. Çünki İsrail oğullarının ilk fitnəyə düşmələri qadınlar xüsusunda olmuşdur»643.
1. Allahkişinin təbiətində qadına qarşı meyl qoymuşdur ki, necə ki, susamuş insanın suya meyl etməsi kimi. Lakin çox insanlar yeməyə, içməyə qarşı səbri vardır lakin qadınlara qarşı isə səbirsizdir. Buna görə də insan qınanılmaz əgər halal yerə təsadüf edilərsə. Əksinə buna görə təriflənir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə dünyadan qadın və ətir sevdirildi». Yusif – əleyhissəlam – cavan bir kimsə idi. Cavanın isə şəhvəti olduqca güclü olur.
2. Yusif – əleyhissəlam – qərib bir ölkədə idi. Qərib insan qürbət ölkədə etdiklərini öz ölkəsində edə bilmir. Həmçinin də heç kəsin, xüsusən də yaxınlarının və tanışlarının xəbər tutmayacağı fikri də onu bu işə sövq edə bilərdi, lakin etmədi.