8. Yusif – əleyhissəlam – qadınla otaqda tək idi. Nəmmamlıq edən də yox idi. Qapılar da bağlı idi. Ərəb qəbilələrindən bir qadına deyildi ki, səni zinaya vadar edən nə idi. Yastığın yaxın olması və gecənin uzunluğu.
10. O qadın başqa qadınlara da Yusif – əleyhissəlam – ı göstərmiş və onlardan yardım istəmişdir.
11. Qadın onu yaxınlıq etmədiyi təqdirdə zindanla, zəlilliklə qorxutmuşdur. Bu da məcburiyyətdir. Qadının əlində belə bir ixtiyar da var idi. Artıq burada şəhvətə çağrışçı ilə zindan və sıxıntısından salamat olmaq çağırışçısı cəm olmuşdur. Hansını üstün tutmalıdır. Bütün bu səbəblərlə yanaşı Yusif – əleyhissəlam – Allah qorxusunu, razılığını üstün tutdu. Onun Allaha olan sevgisi zindanı seçməyə vadar etdi. Yusif – əleyhissəlam – bilirdi ki, özü bu əməli özündən uzaqlaşdıra bilməzdi. Bilirdi ki, artıq onun Rəbbi onu qorumasa və o qadının hiyləsini ondan uzaqlaşdırmasa ona tərəf meyl edəcək və cahillərdən olacaqdır. Bu da Yusif – əleyhissəlam – ın öz Rəbbini və öz nəfsini tanımağının kamilliyindəndir.