2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Günah edənə Allah tərəfindən hərb elan edilməsi: «Əgər belə etsəniz o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!»



Yüklə 4,25 Mb.
səhifə20/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   16   17   18   19   20   21   22   23   ...   397
7. Günah edənə Allah tərəfindən hərb elan edilməsi: «Əgər belə etsəniz o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!». (əl-Bəqərə 279). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə mən də ona müharibə elan edərəm»66.

8. Günah edənin Allah və Rəsulu tərəfindən lənətlənməsi: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi»67.

9. Günah edən kimsənin üzünə Allahın baxmayacağının ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlənərək paltarını yerlə sürükləyən kimsənin üzünə Allah Qiyamət günü baxmaz»68.

10. Günah edənin Cənnətə girməyəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan Cənnətə girməz»69.

11. Günah edənin mömin olmayacağının ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vallahi iman etmiş olmaz! Qonşusu onun şərrindən əmin olmayan kimsə»70.

12. Günah edən bir kimsəyə Allahın qəzəb edəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən kimsə Allahın qəzəbinə uğrayaraq Onun hüzuruna çıxar»71.

13. Günah edənin küfr və ya şirklə ifadə eilməsi: Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onlar arasında fərq namazdır. Hər kim onu tərk edərsə küfr etmiş olar»72.

14. Günah edənin xüsran ilə ifadə edilməsi: «Yaxud o məmləkətin əhalisi Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına xüsrana uğrayanlardan başqa heç kəs əmin olmaz». (əl-Əraf 99).


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin