SOĞAN, SARIMSAQ VƏ YA PİS QOXULU BİR ŞEY YEYƏN ŞƏXSLƏRİN MƏSCİDƏ GƏLMƏSİ
«Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyinin». (əl-Əraf 31). Cabir - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sarmısaq və soğan yeyən bizdən ayrı dursun (Başqa rəvayətdə: Məscidimizdən uzaq dursun, evində otursun)»726. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sarmısaq və soğan və kəvər yeyən məscidimizə yaxınlaşmasın. Çünki mələklər Adəm övladının narahat olduğu (əziyət çəkdiyi) şeylərdən narahat olurlar»727. Ömər - radıyallahu anhu – cümə günü xütbəsində belə dedi: «Ey insanlar! Sizlər pis qoxusu olduğunu gördüyüm iki bitkidən yeyirsiniz. Soğan və sarmısaq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə bir adamdan bunların qoxusunu duyduqda onun (məsciddən çıxarılmasını) əmr etdiyini görmüşəm. O, şəxs Bəqi (qəbristanlığına) qədər uzaqlaş-dırılardı. Kim bu iki şeydən yemək istəyirsə bişirərək qoxusunu öldürsün (sonra yesin)»728.
Qoltuq altından və corablardan pis iy gələn məscidə daxil olan kimsələr də bu hökmə aiddirlər. Həmçinin də siqaret çəkib məscidə gələrək mələklərə və insanlara əziyyət verənlərə də aiddir729.