2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


MALIN NÖQSANINI BİLDİRMƏMƏK



Yüklə 4,25 Mb.
səhifə216/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   212   213   214   215   216   217   218   219   ...   397
MALIN NÖQSANINI BİLDİRMƏMƏK

Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir gün buğda satılan (bir köşkün) yanından keçərkən əlini alt hissəsinə salaraq (oranı yoxladı). Barmağına yaş dəydi. Peyğəmbər: «Ey ərzağın sahibi! Bu nədir?» deyə buyurdu. Ya Rəsulallah! Yağış dəymişdir – dedi. Peyğəmbər: «İslanmış hissəsini insanlar görsünlər deyə ərzağın üstünə qoysaydın nə olardı! Bizi aldadan bizdən deyildir (Başqa rəvayətdə: Hər kim başqasının qadınını və köləsini aldatsa bizdən deyildir790)» deyə buyurdu791. Əbu Hureyrə -radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizə silah çəkən bizdən deyildir, bizi aldadan bizdən deyildir (Başqa rəvayətdə: «Gecə vaxtı bizə (ox, nizə və s) atan bizdən deyildir792793. Bu günümüzdə satıcıların çoxu (istər meyvə-tərəvəz satışı ilə məşğul olan, istər mülk, istərsə də maşın və s.) Allahdan qorxmayaraq mallarının qüsurlarını alıcılardan gizlətməyə çalışırlar. Malların istehsal tarixini dəyişərək gizlətməyə çalışırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman müsəlmanın qardaşıdır. Qardaşına qüsurlu bir şeyin qüsurunu ona deməyənə qədər satması halal deyildir»794. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Alıcı və satıcı bir-birilərindən ayrılmadıqları müddətdə alış-verişdən boyun qaçırma haqqına sahibdirlər. Əgər doğrunu söyləyib həqiqəti açıqlayarlarsa alış-verişləri bərəkətli olar. Yox əgər yalan söyləyib həqiqəti gizlədərlərsə alış-verişlərinin bərəkəti qaldırılar»795. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə alış-verişində daima aldadıldığı haqda söylədi. Peyğəmbər: «(Bundan sonra) kiminlə alış-veriş etsən ona de: (İslamda) aldatma yoxdur» deyə buyurdu796.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin