«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir». (ən-Nisa 58).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanların malını geri qaytarmaq üçün (borc) alan şəxsə Allah zamin durur. O mala zərər vurmaq üçün (borc) alanı isə (Allah) zərərə məruz qoyur»839. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Subhənəllah! Allah borca aid nə qədər ağır hökmlər endirmişdir. Nəfsim əlində olana (Allaha) and olsun ki, əgər bir nəfər Allah yolunda öldürülsə, sonra dirildilib təkrar öldürülsə və sonra bir də dirildilib öldürülərsə və ödənilməmiş borcu olarsa onu qaytarana qədər Cənnətə düşməz»840.