2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə257/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   253   254   255   256   257   258   259   260   ...   397
Kafirlərə Bənzəmək - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın»1091. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın»1092. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bığları qısaldın»1093. Peyğəmbər – sallallahu aleyhi və səlləm – saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»1094. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Başqasının sünnəti (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir»1095. Bir Məcusi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır»1096. Kisranın Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu1097. Vay! Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».

Saqqal saxlamaq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə uzun və gur saqqalı idi.




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin