2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə260/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   256   257   258   259   260   261   262   263   ...   397
Sələf İmamlarının Bu Barədə Sözləri «Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu sənin: «İsrail oğulları arasında ayrılıq saldın, sözümə baxmadın! deyəcəyindən qorxdum» (Ta ha 94). Şingiti rahmətullahi aleyhi - deyir ki: «Bu ayə saqqalın saxlanılmasının lazım olduğunu bildirən ayədir». Cabir b. Səmura - radıyallahu anhu – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in saqqalının tükləri sıx-sıx idi»1102. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – zöhr və əsr namazlarında Quran oxumasını saqqalının tərpənməsindən bilirdilər. Əbu Bəkr, Ömər, Osman və Əli - Allah onlardan razı olsun - saqqallarının çox və sıx olduğu qeyd edilmişdir1103. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Səhih hədislərdən bilindiyinə görə saqqal qırxmaq haramdır. Kimsə mübah görməmişdir»1104. Hənəfilərdən İbn Abidin – rahmətullahi aleyhi - deyir ki: «Kişinin saqqalını qırxması haramdır»1105. İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: «Saqqal qırxmaq haramdır»1106. İbn Abdul Bərr – rahmətullahi aleyhi - deyir ki: «Saqqal qırxmaq haramdır və bunu kişilərdən qadınlara bənzəyənlərdən başqası etməz»1107. Cəmil Zeynu - Allah Ondan Razı Olsun - deyir ki, Məkkədə Məscidul haramda dərs deyirdim. Hacılara Peyğəmbər - sallallahu aleyhi və səlləm – in saqqal saxlamağı və bığları qısaltmağı tövsiyə edirdim. Dərsdə olanlardan bir nəfər ayağa qalxaraq məndən bunun vacibliyinə dair Qurani Kərimdən dəlil gətirməyimi xahiş etdi. Mən də ona: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» ayəsini oxu dedim və sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – in saqqal saxlamağı əmri vardır» dedim. O, da: «Doğru söylədin» dedi.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin