2.Riya - Riya gizli olduğuna görə təhlükəli xəstəliklərdəndir və həmçinin də onun, əməli korlamasına böyük təsiri olduğuna görə və bundan da çox az adamın salamat olduğuna görə təhlükəli əməllərdəndir. İnsan namaz qılır, lakin insanları gördüyü zaman namazını gözəlləşdirir, insanları görmədiyi zaman isə namazında tənbəl olur və ya namazını sürətli qılır. Bəzən də insanlar görsün deyə sədəqə verir və s. Bütün bunlar da qəlbin xəstəliklərinə dəlalət edir.
3.Həsəd - İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Həsəd qəlb xəstəliklərindən biridir və bundan xilas olan az bir qism insanlardır». «Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?». (ən-Nisa 54). Lakin insanların bəziləri digərlərinə həsəd aparırlar. Allahın ona verdiyi mala, sağlamlığa, övlada, vəzifəyə görə və bunda da çox böyük təhlükə vardır.