2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


ÖZGƏLƏRİNİN EVİNƏ İCAZƏ OLMADAN BAXMAQ



Yüklə 4,25 Mb.
səhifə274/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   270   271   272   273   274   275   276   277   ...   397
ÖZGƏLƏRİNİN EVİNƏ İCAZƏ OLMADAN BAXMAQ

«Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Əgər orada heç kəsi tapmasanız sizə icazə verilməyənəcən içəri girməyin. Sizə geri dönün deyilsə, geri dönün». (ən-Nur 27). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Göz (haram olan şeyə) baxmasın deyə izn istəmək vacib buyruldu»1187. Bu günümüzdə binaların yaxınlığından, pəncərələrin üzbəüz olmasından, yuxarı mərtəbələrdə yaşayanlar aşağında yaşayan qonşusunun mənzilinə xəyanətgarcasına istifadə edərək baxırlar. Bu da qonşu haqqını tapdalamaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim başqasının evinə (mənzilinə) icazə olmadan baxarsa o, kimsənin gözünü çıxarmaq (ev sahibinə) halaldır (Başqa rəvayətdə: O, kimsənin gözünü çıxararlarsa buna görə nə qan bahası verilməli, nə də qisas alınır11881189. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir adam sənin evinin icinə baxsa, səndə ona daş atıb gözünü çıxartsan (buna görə) sənə günah yazılmaz»1190. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayaq üstyə namaz qılırdı. Birdən bir nəfər onun evinə boylandı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz qabından bir ox çıxardıb onun gözünə tərəf yönəltdi»1191. Səhl b. Səd - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qapısındakı dəlikdən içəri baxdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında başını daradığı darağı vardır. Peyğəmbər: «Əgər mənə baxdığını bilsəydim bunu gözünə soxardım (Başqa rəvayətdə: Bədəvi çubuğu gördükdə geri çəkilir. Peyğəmbər: «Əgər çəkilməsəydin gözünü çıxardardım)»1192.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin