2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


İNSANLARIN SÖHBƏTLƏRİNƏ OĞRUN-OĞRUN QULAQ ASMAQ



Yüklə 4,25 Mb.
səhifə291/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   287   288   289   290   291   292   293   294   ...   397
İNSANLARIN SÖHBƏTLƏRİNƏ OĞRUN-OĞRUN QULAQ ASMAQ

«(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın». (əl-Hucurat 11). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir topluluğun söhbətini onlar bunu xoşlamadıqları halda (oğrun-oğrun) dinləyərsə Qiyamət günü qulağına (əridilmiş) qurğuşun töküləcəkdir»1282. Səid əl-Məqburi rəvayət edir ki, mən İbn Ömər - radıyallahu anhu – nun yanından keçirdim. O, yanındakı adamla söhbət edirdi. Mən onların yanında dayandım. İbn Ömər - radıyallahu anhu – mənim sinəmə vurub dedi: «İki nəfərin söhbət etdiyini gördüyün zaman onlardan izn istəməyincə onların yanında durma, yanlarında oturma». Mən: «Allah səni islah etsin! Ey Əbu AbdurRahman! Mən istəyirdim ki, sizdən bir xeyirli söz eşidim»1283. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: «Kim bir cəmaatın söhbətinə qulaq asmaq istəsə onlar bunu xoşlamadıqları halda, onun qulağına əridilmiş qurğuşun tökəcəklər. Kim özündən bir yuxu uydursa bir arpa dənəsini bağlamağa (düyün vurmağa) məcbur edilər»1284.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin