2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə314/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   310   311   312   313   314   315   316   317   ...   397
MƏSCİDDƏ TÜPÜRMƏK

Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məsciddə tüpürmək günahdır. Kəffarəsi isə onu basdırmaqdır»1440. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə qiblə istiqamətində divarda bir bələğəm gördü. Onu götürərək (basdırdı)»1441. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu məscidlər bövl etmək və digər pisliklər kimi pis şeylər üçün deyildir. Məscidlər Allahı zikr etmək və Quran oxumaq üçün tikilmişdir»1442.


QİBLƏ İSTİQAMƏTİNƏ TÜPÜRMƏK

Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri namaza durduğu vaxt Rəbbinə müraciət edər. Rəbbi onunla qiblə arasındadır. O, halda sizdən biri nə badə qiblə tərəfinə tüpürməsin»1443. Huzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiblə istiqamətinə tüpürən kimsə qiyamət günü tüpürdüyü iki gözünün arasında (Başqa rəvayətdə: Üzündə) olduğu halda gələcəkdir»1444. İmam Nəvəvi rahmətullahi aleyhi - deyir ki: «İstər namaz vaxtı, istər namazdan kənarda, istər məsciddə, istərsə də məsciddən kənarda bu əməl qadağan edilmişdir»1445.


MƏSCİDDƏ ÇƏKİŞMƏK, YÜKSƏK SƏSLƏ DANIŞMAQ, İTMİŞ ƏŞYALARI AXTARMAQ, ALIŞ-VERİŞ VƏ S. ƏMƏLLƏR ETMƏK

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bir nəfərin məsciddə itmiş əşyasını soruşduğunu eşidərsə: «Allah onu sənə geri verməsin» desin. Çünki məscidlər bunun üçün tikilməmişdir»1446. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məsciddə alış-veriş edəni gördüyünüz zaman: «Allah səni gəlirdən məhrum etsin» desin. Yenə də məsciddə görsəniz ki, kimsə itmiş əşyasını axtarır: «Allah onu sənə geri verməsin (qaytarmasın)» desin1447. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər məsciddə itmiş bir şeyini axtararaq: «Mənim qırmızı dəvəmi görən varmı?» deyə soruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səni görüm axtardığını tapmayasan. Məscidlər nə niyyətlə tikilmişsə onun üçündür»1448. Amr b. Şuayb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə alış-verişi, itmiş hər hansı bir şeyi axtarmağı və şer söyləməyi qadağan etmişdir»1449. Saib b. Yəzid əs-Səhəbi - radıyallahu anhu – rəvayət edir ki, bir gün məsciddə ikən bir nəfər mənə kiçik bir daş parçası atdı. Baxdım ki, bu Ömər - radıyallahu anhu – dur. Mənə: «Get o iki nəfəri mənim yanıma çağır» dedi. Mən də o, iki nəfəri yanına çağırdım. Ömər: «Hardansız?» deyə sual etdi. Onlar: «Taifdən» dedilər. Ömər: «Əgər bu şəhərdən olsaydınız mən sizə cəza verməyi əmr edərdim. Çünki sizlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidində səslərinizi yüksəldirsiniz» dedi1450.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin