BİR KİMSƏNİN DURDUĞU YERƏ QAYITMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz oturduğu yerdən qalxsa, sonra da yerinə qayıdarsa o, həmən yerə (oturmağa) daha layiqdir»1461. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç biriniz bir kimsəni yerindən qaldırıb (cümə günü) özü onun yerində oturmasın. Lakin sıx oturun və (bir-birinizə) yer verin (Başqa rəvayətdə: Kimsə ayağa qalxıb İbn Ömər - radıyallahu anhu – ya yer verdikdə (heç vaxt) o yerdə oturmazdı1462)»1463. Cabir b. Səmura - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldikdə hər birimiz çatdığı (boş) yerdə oturardı»1464.
Dostları ilə paylaş: |