İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur»1604. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz»1605. Əbu Hənifə – rahmətullahi aleyhi –deyir ki: «Dayandığım dəlili bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Ey Yaqub! Məndən hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib, səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o biri gün isə onu da tərk edə bilərəm»1606. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Allahın Kitabı və Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim görüşümü tərk edin»1607.