2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə344/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   340   341   342   343   344   345   346   347   ...   397
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə. Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm aldığı qaynaqlardan elm al»1616. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələlərdə alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər - sallallahu aleyhi və səlləm – və Onun Səhabələrindən nə gəlmişsə onu al. Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların görüşünü alıb, almamaqda sərbəsdir»1617. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər - sallallahu aleyhi və səlləm – in hədisini rədd edərsə o, həlak yolundadır»1618.
QƏZƏBLƏNMƏK

İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İçinizdə hər kəsi yıxan qüvvətli pəhləvan haqqında nə düşünürsünüz?». Səhabələr: «O, elə bir kimsədir ki, bir çox adamlar onu yerə yıxa bilməzlər» dedilər. Peyğəmbər: «O, sizin dediyiniz vəsifdə olan kimsə deyildir. Lakin həqiqi qüvvətli kimsə qəzəb zamanı nəfsinə malik və iradəsinə hakim olan kimsədir» deyə buyurdu1619. Süleyman b. Surad - radıyallahu anhu – rəvayət edir ki, iki nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda bir-birlərini söydülər. Bunlardan birinin gözləri (qəzəbindən) qızarmağa və şah damarları şişməyə başladı. Peyğəmbər: «Mən elə bir kəlimə bilirəm ki, əgər o, kimsə bu kəliməni söyləsə qəzəb halı ondan gedər. O, kəlimə: Əuzu Billəhi Minəş Şeytanir Racim lənətlənmiş şeytandan Allaha sığınıram sözüdür» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bu kəlimələri eşidənlərdən biri qəzəbli olan kimsəyə: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir az öncə nə söylədiyini bilirsənmi? Mən elə bir kəlimə bilirəm ki, əgər bu kimsə onu söyləsə qəzəbi gedər» dedi. Qəzəbli olan kimsə: «Sən məni məcnun (dəlimi) sayırsan» dedi1620. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə dedi: «Mənə tövsiyə (nəsihət) et!». (Peyğəmbər) buyurdu: «Qəzəblənmə!». (Adam): Sualını bir neçə dəfə təkrar etdi. (Peyğəmbər) yenə: «Qəzəblənmə!» - deyə buyurdu»1621. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizlərdən kimsə qəzəblənərsə əgər o, ayaq üstədirsə əyləşsin. Əgər onun qəzəbi keçməzsə, qoy onda uzansın»1622.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin