5. Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Asi Olmaq Fitnəsi –«Münafiqlərdən: Mənə (döyüşə getməməyə) izn ver, məni fitnəyə salma! – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir». (ət-Tövbə 49).
6.Fitnə Geniş Mənadır –«Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi». (əl-Furqan 20). İbn Qeyym – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərləri göndərdiyi ümmətlərlə, onları haqqa dəvət etməklə, onların əziyyətlərinə səbr etməklə, Rəbbin risalətini təbliğ edərkən qarşılaşdığı sıxıntılara səbr etməklə imtahan etdi. Ümmətləri isə Peyğəmbərlərilə imtahan etdi. Peyğəmbərlərə itaət etdilərmi, onlara yardımçı oldularmı, onları təsdiqlədilərmi, yoxsa onları inkar etdilər, onlara qarşı döyüşdülərmi. Alimləri cahillərlə imtahan edər. Onlara öyrədirmi, nəsihət edirmi, onları öyrədərkən, nəsihət edərkən səbrlimi olur, Cahilləri də alimlərlə imtahan edər. Alimlərə itaət edərlərmi, onların göstərdikləri yolla gedərlərmi. Dövlət başçılarını əli altında olanlarla, insanları isə dövlət başçıları ilə, zənginləri fəqirlərlə, fəqirləri isə zənginlərlə, zəifləri güclülərlə, güclüləri isə zəiflərlə, kişiləri qadınlarla, qadınları da kişilərlə, möminləri kafirlərlə, kafirləri isə möminlərlə imtahan edər»93. Bütün yaradılmışlar xeyir və şərdə bir-birilərinin fitnəsidir. İnsan bu həyatda sapıqlar, kafirlər, asilər qarşısında iman və İslamıyla imtahan olunur. «İnsanlar yalnız: İman gətirdik – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3).