«Ey iman gətirənlər! Əhdlərə sadiq olun». (əl-Maidə 1). «Əhdə vəfa edin. Çünki (insan)əhd barəsində (Qiyamət günü) cavabdehdir». (əl-İsra 34). İbn Məsud, İbn Ömər və Ənəs - radıyallahu anhum –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əhdini pozan hər kəs üçün Qiyamət günü bir bayraq olacaqdır. Bu filankəsin vəfasızlığının bayrağıdır» Buxari 3188, Müslim 1735,1737. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü hər əhdini pozanın arxasında əhdini pozmasının miqdarına görə bir bayraq olacaqdır. Diqqət edin! Dövlət başçısının vəfasızlığından daha böyük bir vəfasızlıq yoxdur» Müslim 1738. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Qiyamət günü Allah üç kimsəyə düşmən (rəqib) olacaqdır. Mənim adımla söz verib sonra da sözündə durmayan kimsə, azad bir insanı qul kimi sataraq pulunu da yeyən kimsəyə, işçini öz işi üçün işlədərək pulunu verməyən kimsəyə» Buxari 2227.
281 Müslim 59.
282 Buxari 34, Müslim 58.
283 Əbu Davud 4977.
284 Buxari, Müslim.
285 Buxari, Müslim Abdullah b. Amr – radıyallahu anhum – yolu ilə.