«Günah və düşmənlik üzərində bir-birinizlə yardımlaşmayın» buyurduğu ilə qadağan etdiyi günah və düşmənlik üzərə yardımlaşmağa daxil olar. Satın alanların günahları öz üzərlərinə olduğu kimi satıcıya və dükanı kirayə verənə, müştərilərin günahından heç əskiltmədən yüklənər. Allah ən yaxşı biləndir. «Fətva İslamiyyə» Muhəmməd əl-Musnid 4/397.
962 İslam Fiqhində Çalğı Alətləri.
963 İcma – Toplanmaq, dağılmış şeyləri toplamaq, hazırlamaq və s. mənadadır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ümmətindən olan Müctəhidlərin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonrakı hər hansı bir dövürdə bir məsələnin hökmündə fikir birliyi etmələridir. İcma İslam fiqhinin qaynaqlarından üçüncüsüdür. Qəti şəri bir dəlildir. Ona qarşı gəlmək əsla caiz deyildir. Şovkani «İrşadul Fuhul» s.71, «Məcmuul Fətava» 1/341.
967 Fətva İbnus Salah 300-301, İbn Qeyyim «İğasətul Lehfan» 1/228.
968 Məsalətul Səma 106-108.
969 (Loğman 6) təfsir edərkən bu sözləri söyləmişdir 11/72-75.
970 Səhih Silsilə 1803.
971 Belə bir kimsələrin azmalarına səbəb nədir: Şeyx əl-Albani – rahmətullahi aleyhi - deyir ki: 1 - Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə yalan ihtiva edən rəvayətlərə və zəif hədislərə güvənmək. Şeyx əl-Albani «İslam Fiqhində Çalğı Alətləri» adlı kitabında musiqini və çalğı alətlərini halal görən və bu barədə varid olan hədisləri zəif qəbul edən Zahiri İbn Həzm «Musiqinin Mubah Yoxsa Haram Olması», İmam Qazali «İhyau Ulumid Din», Yusuf Qardavi «Halal Və Haram» və s. rəddiyyə etmişdir. 2 – Məqsədlərinə uyğun gəlməyən səhih hədisləri rədd edərək ağıllarına uyğun olmadıqlarını irəli sürmələri. Qəbr əzabı, Sırat, Mizan, Allahın axirətdə görülməsini və s. şeyləri inkar edənlər kimi.