2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə40/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   36   37   38   39   40   41   42   43   ...   397
11. Şübhə «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Abdullah ən-Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu ikisinin arasında (müştəbihat)97 bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə duşərsə, harama düşmüş olar…»98. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Şübhə fitnəsi bəsirətin zəifliyindən və elmin azlığından meydana gəlir»99. Şübhəli şeyləri çox edən kimsənin qəlbi qaralar. Çünki elm və təqva nurunu söndürər. Əli b. Əbu Talibin oğlu, Peyğəmbərsallallahu aleyhi və səlləm - in (qızı Fatimə - radıyallahu anhə – nin oğlu) və xoş iyli reyhanı Əbu Muhəmməd əl-Həsən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl»100. Bu fitnənin qaynağı Allahın dinini yaxşı bilməmək, şəriətini bilməmək, nəfsi arzulara uymaqdır.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin