2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Günahlar insanda zəlillik yaradır. Həqiqi izzət Allaha itaətdədir. «Hər kəs



Yüklə 4,25 Mb.
səhifə51/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   47   48   49   50   51   52   53   54   ...   397
17. Günahlar insanda zəlillik yaradır. Həqiqi izzət Allaha itaətdədir. «Hər kəs (dünyada) izzət-qüdrət, şərəf-şan istəsə (bilsin ki, dünyada da. Axirətdə də) bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur». (Fatir 10). O izzəti Allaha itaət etməklə axtarın. İnsan itaəti yalnız Allaha itaətdə tapar. Buna görə də sələflər dualarında deyərdilər ki: «Allahım Sən məni itaətinlə izzətləndir, günahlarla zəlil etmə». Allah mütləq Ona asi olanı zəlil edəcəkdir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Allah ona üsyan edənləri mütləq zəlil edər». Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Mən gördüm ki, günahlar qəlbi öldürür. İnsana zəlillik gətirir. Günahları tərk etmək isə qəlbin həyatıdır. Sənə xeyirli olan odur ki, günahlara qarşı çıxasan. Dini korlayan padşahlar, pis alimlər və pis abidlərdən başqasıdırmı?».

18. Günahlar sahibinin ağlını ifsad edər. Həqiqətdə isə ağlın bir nuru vardır. Günah isə ağlın nurunu söndürər. O nur sönərsə artıq ağıl naqisləşər. Sələflər deyirlər ki: «Heç kəsin ağlı yox olmadıqca Allaha asi olmaz». Bu açıqca görülən bir şeydir. Çünki ağlı başında olsaydı onu günah etməkdən çəkindirərdi. O günahkar bilir ki, Allahın ovcunda və nəzarəti altındadır, mələklər onun əməllərinə şahiddirlər yenə də günahlara davam edir. Günah səbəbilə qaçırdığı dünya və axirət xeyirləri, günahı etməklə əldə etdiyi sevinc və zövqdən qat-qat çoxdur. Heç də ağıllı insan bu ləzzətləri buraxaraq bir parça zövq ilə dəyişə bilərmi?

19. Günahlar qəlbi möhürləyir. Günahlar çoxalarsa sahibinin qəlbini möhürləyər və o qafillərdən olar. Sələflər bu ayə barəsində demişlər: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır (pasla örtmüşdür)». (əl-Mutəffifin 14). Bu da günahdan sonra günahın işlənməsidir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Günahın üstündən günahın işlənməsi qəlbin kor olmasıdır». Qəlb günahdan, Allaha asi olmaqdan pas atır. Əgər günah çoxalarsa pas qəlbə hakim olar və nəticədə: «Ran» - pas adlanan hala gələr. Bütün qəlbi bürüyər. Pas o qədər çoxalar ki, sahibinin qəlbinə damğa və kilit kimi vurular. Artıq qəlb örtük, pərdə içərisində olar. Əgər bu günah işləmək ona düz yolu tapdıqdan sonra hasil olarsa artıq o qəlb əksinə çevrilər. Bu şəkildə altı üstünə çevrilmiş olar. Bu anda onun düşməni onu dost tutar və istədiyi yerə onu yönəldər.

20. Günahlar insanı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in lənəti altına daxil edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – böyük günah sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına girməsinə daha layiqdirlər.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin