1) Riba Yeyən, Verən, Yazan Və İki Şahid: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah riba yeyənə, verənə də lənət etsin. Dəllala və iki şahidə də»133.
2) Rüşvət Alan Və Verən: (Abdullah b. Amr) Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də»134. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alan və rüşvət verənə Allah lənət etsin»135.
3) Oğuruluq Edənə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin»136.
4) Allahdan Qeyrisinə Qurban Kəsənə: Amir b. Vəsilə - radıyallahu anhu – deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq heç nə deməyib?». Əli - radıyallahu anhu – qəzəblənərək dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin»137.