12) Qəbirlərin Üstündə Şam Yandıran Və Orada Məscid Tikənlərə: İbn Abbas - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirlərin üstündə şam yandıran və məscid tikənlərə»146.
13) Qadının Ərinə Olan İtaətsizliyi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri qəzəbli yatarsa mələklər səhərə qədər o qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər)»147.
14) Müsəlmanın Üstünə İti Bir Şey Qaldırmaq: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir müsəlman qardaşını (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı olasa da belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər»148.