4. Allahın möminləri özünə dost tutması: «Allah, Ona inananların dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər». (əl-Bəqərə 257).
5. Allah mələklərinə möminləri sabit etməyi əmr edir: «Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam». (əl-Ənfal 12).
6. Onlar üçün Rəbbi yanında bağışlanma və ruzi vardır: «Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və(Cənnətdə) tükənməz gözəl ruzi gözləyir». (əl-Ənfal 4).
7. İzzət vardır: «Halbuki şərəf-şan, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər». (əl-Munafiqun 8).
8. İman əhli ilə Allahın bərabər olması: «Allah, həqiqətən möminlərlədir».(əl-Ənfal 19).
9. Dünya və axirətdə yüksəklik: «Allah da sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın». (əl-Mucadələ 11).
10. Allahın öz rəhmətindən möminlərə iki pay verməsi: Sıratdan keçmək üçün nur və günahların bağışlanması: «Ey iman gətirənlər! Allahdan qorxun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin, sizə(sırat körpüsündən) keçməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir!». (əl-Hədid 28).
11. Allahın iman edənlərə qarşı könüllərə sevgi qoyması, beləcə insanlara, mələklərə, peyğəmbərlərə və saleh qullara sevdirməsi: «Həqiqətən iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır».(Məryəm 96).
12. Qorxu günü onların qorxudan əmin olmaları: «İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər». (əl-Ənam 48).