İstilahi Mənası –əmr edilənləri tərk etmək, qadağaları etmək. Allahın kitabı, Peyğəmbərin diliylə fərz və vacib qıldığı şeyləri tərk etmək, Allahın və Rəsulunun qadağalarını etməkdir. Bunlar sözlər də ola bilər, gizli və açıq əməllər də. «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvay edici əzab gözləyir».(ən-Nisa 14). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Masiyət, fisq və küfr ləfzlərinə gəlincə əgər masiyət ləfzi Allah və Rəsuluna nisbət edilirsə küfr və fisq bunun mənasına daxil olur. «Artıq kim Allah və Rəsuluna üsyan edərsə ona əbədi qalacağı Cəhənnəm atəşi vardır».(əl-Cinn 23). «Bu da ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun Peyğəmbərinə qarşı çıxdılar. Başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular». (Hud 59)»8.
Üsyan ləfzi Kitab və Sünnədə dəyişik şəkillərdə gəlmişdir.